CƏNUBİ QAFQAZDAKI MÜNAQİŞƏLƏR DÖVLƏTLƏRİN SUVERENLİYİ, ƏRAZİ BÜTÖVLÜYÜ, SƏRHƏDLƏRİN TOXUNULMAZLIĞI PRİNSİPLƏRİ ƏSASINDA HƏLL EDİLMƏLİDİR
Görüşdə ölkələrimiz arasında müntəzəm surətdə davam edən siyasi dialoqdan məmnunluq ifadə olunmuş, Azərbaycan–Gürcüstan dostluq münasibətləri və strateji tərəfdaşlıq əlaqələri, GUAM çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsinin, yaxın zamanlarda reallaşacaq Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu layihələrinin hər iki dövlətin siyasi nüfuzunun və iqtisadi qüdrətinin artmasına xidmət edəcəyi vurğulanmışdır.
Cənubi Qafqazda mövcud münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll olunmasının vacibliyi bildirilmişdir.
Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artım dinamikası məmnuniyyətlə qeyd edilmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də geniş müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:47]
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
- 13.10.2026 [16:44]
Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb
- 13.10.2026 [14:02]
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
- 13.10.2026 [13:49]
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
- 13.10.2026 [13:44]
Laos Prezidenti Zəfər parkını ziyarət edib
- 13.10.2026 [12:31]