“CƏSURLAR” HƏRBİ-İDMAN VƏ TURİZM OYUNUNUN QALİBLƏRİ MƏLUMDUR
AZƏRTAC xəbər verir ki, aprelin 26-da Azərbaycanın 19 rayonunu təmsil edən 150-dən çox məktəblinin iştirakı ilə “Cəsurlar” hərbi-idman və turizm oyununın final mərhələsi keçirilmişdir.
Qeyd edək ki, Gənclər və İdman, Təhsil, Mədəniyyət və Turizm, Fövqəladə Hallar və Müdafiə nazirliklərinin birgə qərarına əsasən məktəblilərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Cəsurlar” hərbi-idman və turizm oyunu hər il respublikanın şəhər və rayonlarında məktəb şagirdləri arasında keçirilir. Ənənəyə uyğun olaraq, cari ilin mart ayında Bakı, Naxçıvan şəhərləri, Qusar, Xanlar, Sabirabad, Ucar, Balakən, Goranboy və Astara rayonlarında oyunun zona birinciliklərinə start verilmişdir. Nəticədə respublikanın 19 rayon və şəhər komandası final yarışına vəsiqə qazanmışdır.
C.Naxçıvanski adına hərbi liseydə baş tutan final yarışında Xətai rayon məktəliləri 1-ci, Zərdab təmsilçiləri 2-ci, ordubadlı şagirdlər isə 3-cü yeri tutmuşlar.
Qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]