CEYMS BONDUN ELƏ İLK SAVAŞDA VURUB DİŞLƏRİNİ TÖKDÜLƏR
Əhvalat Praqada baş vermişdir. Ssenariyə görə, britaniyalı fövqəlagent intiharçı terrorçunun köməkçiləri ilə vuruşmalı və terrorçunu pəncərədən atmalı idi. Lakin sifətindən güclü zərbə aldıqdan sonra Kreyqin ağzından qan axmağa başlamış və çəkiliş dayandırılmışdır. Filmin rejissoru və prodüseri aktyorun iki qabaq dişini itirdiyini gördükdə bərk təşviş keçirmişlər.
Yerli həkimlər demişlər ki, zədələnmiş dişləri tez bərpa edə bilməyəcəklər. Belə olan halda, Londondan Kreyqin şəxsi diş həkimini köməyə çağırmışlar. O, bir neçə saatdan sonra Praqaya gəlmiş və Kreyqin dişlərinə qapaq qoymuşdur.
Bu, Ceyms Bond rolu ifaçısının öz personajının nüfuzuna xələl gətirdiyi ilk hadisə deyildir. Mətbuat konfranslarından birində 37 yaşlı aktyor Temza çayı ilə onu jurnalistlərin yanına gətirən sürət katerində canına vəlvələ düşdüyünü, başqa bir müsahibəsində isə odlu silahdan zəhləsi getdiyini etiraf etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]