Çaylarda sululuqla bağlı araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 14 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli hidrometeorologiya departamenti tərəfindən çaylarda sululuqla bağlı aparılan araşdırmanın nəticələri açıqlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-180, Kiçik Qafqazın çaylarında 60-110, Lənkəran-Astara bölgəsi çaylarında 20-80, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil etmişdir.
Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi saniyədə 130 kubmetrdir. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik qeydə alınmamışdır. Bu məntəqədə su sərfi saniyədə 61 kubmetr olmuşdur.
Dekabrın 14-də Kür çayının aşağı axınındakı məntəqələrdə, eləcə də Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində əsasən artım müəyyən edilmişdir.
Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 388, Şirvanda 280, Salyanda 276, Bankədə 245, Araz çayının Novruzlu məntəqəsində isə 155 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]