Çaylarda suyun səviyyəsi artmışdır
Bakı, 21 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli hidrometeorologiya departamenti tərəfindən çaylarda sululuqla bağlı aparılan araşdırmanın nəticələri açıqlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə Lənkəran-Astara bölgəsində temperatur rejiminin yüksəlməsi və yağan yağışlarla əlaqədar dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində ərazidən axan çaylarda sululuğun artımı müşahidə olunmuşdur. Lənkərançay-Lənkəranda suyun səviyyəsində 15, Lənkərançay-Sifidorda 11, Vəşərüçay-Daştatükdə 20 santimetr artım qeydə alınmışdır. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-190, Kiçik Qafqazın çaylarında 70-120, Lənkəran-Astara bölgəsi çaylarında 120-290, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil edir.
Dekabrın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində, eləcə də çayın aşağı axınındakı məntəqələrdə suyun səviyyəsində artım müşahidə olunmuşdur. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 1 santimetr azalmışdır.
Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 413, Şirvanda 282, Salyanda 286, Bankədə 233, Araz çayının Novruzlu məntəqəsində isə 148 santimetrdir.
Bütün məntəqələrdə suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı olduğu müəyyən edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]