Çayların mövcud vəziyyəti araşdırılmışdır
Bakı, 7 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən iyunun 7-də çaylarda aparılmış araşdırmanın nəticələri açıqlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya görə, Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 60-180, Kiçik Qafqazda 60-90, Lənkəran-Astarada 45-75, Naxçıvan MR çaylarında isə 15-20 faizini təşkil etmişdir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 273 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 173 kubmetr olmuşdur.
Hazırda Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsi 367, Şirvanda 229, Salyanda 184, Bankədə 219, Araz çayının Novruzlu məntəqəsində isə 83 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]