Çayların sululuğu ilə bağlı aparılmış araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 7 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən iyulun 7-də çayların sululuğu ilə bağlı aparılmış araşdırmanın nəticələri açıqlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmanın nəticələrinə görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında 40-60, Naxçıvan Muxtar Respublikası çaylarında isə 65 faizini təşkil etmişdir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5,
Qanıx çayının Əyriçay məntəqəsində 12 santimetr azalma müşahidə olunmuşdur. Kür çayının aşağı axınında isə suyun səviyyəsində mühüm dəyişiklik qeydə alınmamışdır.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 294, Şirvanda 133, Salyanda 66, Bankədə 190, Araz çayının Novruzlu məntəqəsində isə 23 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]