Çayların sululuğu ilə bağlı araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 30 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmanın nəticələrinə əsasən, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-200, Kiçik Qafqazın çaylarında 110-160, Lənkəran-Astara bölgəsi çaylarında 40-70, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil etmişdir.
Dekabrın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi saniyədə 59 kubmetrdir.
Kür çayının aşağı axınında isə suyun səviyyəsində əsasən mühüm dəyişiklik qeydə alınmamışdır.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 462, Şirvanda 349, Salyanda 320, Bankədə 255, Araz çayının Novruzlu məntəqəsində isə 213 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]