Çempionlar Liqası: Azərbaycanın minifutbol komandaları növbəti oyunlarına çıxacaqlar
Bakı, 6 sentyabr, AZƏRTAC
Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən “Birbaşa” və “Aznur” komandaları bu gün növbəti oyunlarını keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, ötən mövsüm ölkə çempionatını ikinci pillədə başa vuran “Aznur” Ukraynanın “Andezit Xust” kollektivi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Son ölkə çempionu “Birbaşa” isə Çexiyanın “Brno” komandası ilə münasibətlərini aydınlaşdıracaq. Matçın start fiti saat 21:00-da səslənəcək.
Qeyd edək ki, “Aznur” ötən gün “Fransanın "Bayonna" komandasına 2:1 hesabı ilə qalib gəlib, “Birbaşa Bakı” isə İspaniya “Malaqa”sı ilə heç-heçə edib – 2:2.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [22:46]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]