Çempionlar Liqasında V turun oyunları keçirilib
Baki, 25 noyabr, AZƏRTAC
Futbol üzrə UEFA Çempionlar Liqası turnirində V turun matçları oynanılıb.
AZƏRTAC xəbər verir ki, günün mərkəzi matçı İspaniyada keçirilib.
"Barselona" "Nou Kamp"da İtaliyanın "Roma" klubunu qəbul edib və rəqibin qapısından altı top keçirib. Qonaqlar bu qollardan yalnız birinin əvəzini çıxa biliblər. Oyunda iki dəqiq yerinə yetirilməyən on bir metrlik cərimə zərbəsi də olub. Bu qələbə sayəsində "Barselona" səkkizdəbir finala vəsiqəni təmin edib.
Münxenin “Bavariya” klubu Yunanıstan "Olimpiakos"una 4:0 hesabı ilə qalib gələrək növbəti mərhələni sığortalamış olub. Rusiya klubu "Zenit" də qrup lideri kimi adını səkkizdəbir finala yazdırıb.
Beşinci tur çərçivəsində aşağıdakı oyunlar keçirilib:
“E” qrupu
BATE (Belarus) - "Bayer" (Leverkuzen) - 1:1
"Barselona" (İspaniya) - "Roma" (İtaliya) - 6:1
"F" qrupu
"Arsenal" (İngiltərə) - "Dinamo Zaqreb" (Xorvatiya) - 3:0
"Bavariya" (Münxen) - "Olimpiakos" (Yunanıstan) - 4:0
"G" Qrupu
"Portu" (Portuqaliya) - "Dinamo Kiyev" (Ukrayna) - 0:2
"Makkabi" (Təl-Əviv, İsrail) - "Çelsi" (İngiltərə) - 0:4
"H" qrupu
"Zenit" (Sankt-Peterburq) - "Valensiya" (İspaniya) - 2:0
"Lion" (Fransa)- "Gent" (Belçika) - 1:2.