Çex Respublikasında COVID-19 xəstələri üçün məcburi özünütəcridin ləğv edilməsi təklifi rədd edilib
Praqa, 19 aprel, AZƏRTAC
Çex Respublikasının Səhiyyə Nazirliyi COVID-19-a yoluxma halı təsdiqlənmiş vətəndaşlar üçün məcburi özünütəcridin ləğv edilməsi təklifini rədd edib.
AZƏRTAC xəbər verir ki, bu ölkədə məcburi təcridə riayət edilməməsi bundan sonra da yoluxucu xəstəliyin qəsdən yayılması hesab olunacaq ki, bu, cinayət sayılır. Bu halda Çex Respublikasının Cinayət Məcəlləsi ilə altı aydan üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Cinayət maddəsinin şamil olunduğu xəstəliklərin siyahısı Ədliyyə Nazirliyinin daha əvvəl COVID-19 epidemiyası səbəbi ilə dəyişmək məcburiyyətində qaldığı qərarın tərkib hissəsidir. Məsələn, vəba, taun, QİÇS, zöhrəvi xəstəliklər, salmonellez, SARS, difteriya və vərəm bu siyahıda qalır.
Beləliklə, həkimlər və sanitariya-epidemioloji stansiyalar həmişəki kimi COVID xəstələrinə ayrıca hallarda xəstəlik vaxtı yaşadıqları yeri tərk etməyi qadağan edə bilərlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]
Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq
- 06.10.2026 [17:26]
Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb
- 06.10.2026 [17:04]
Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb
- 06.10.2026 [17:03]