Çexiya Prezidentinin səhhəti yaxşılaşır
Praqa, 6 noyabr (AZƏRTAC). Keçən həftə yıxılaraq dizi yaralanmış Çexiya Prezidenti Miloş Zemanın səhhəti yaxşılaşır. Prezident qoltuq ağacları ilə yeriməyə çalışır, lakin hər halda, yaxın bir neçə həftə ərzində əsasən əlil arabasında hərəkət edəcəkdir.
Prezident noyabr ayında nəzərdə tutulan Strasburq səfərini ləğv etmişdir, dekabr ayında Rumıniya və Serbiya səfərləri barədə planlar isə hələlik qüvvədə qalır. Prezident konsiliumunun baş həkimi və ölkənin səhiyyə naziri Martin Qolsat Zemanın yıxılarkən sərxoş olması və ya onu insult vurması barədə şayiələri təkzib etmişdir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]