SİYASƏT
Çexiyada yaşayan vətəndaşlarımızın səsvermədə fəal iştirakı üçün hər cür şərait yaradılıb
![](/files/galleryphoto/2024/1/1200x630/1707296059440298989_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1707296059493086500_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17072960595852440183_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/170729605931979455_1200x630.jpg)
Praqa, 7 fevral, AZƏRTAC
Növbədənkənar prezident seçkilərində Çexiyada yaşayan soydaşlarımızın da fəal iştirakı üçün hər cür şərait yaradılıb.
AZƏRTAC xəbər verir ki, seçkilərlə əlaqədar Praqada yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsinin 43 saylı seçki məntəqəsi saat 08:00-da açıq elan edilib. Bu ölkədə yaşayan Azərbaycan vətəndaşları səsvermədə fəal iştirak edirlər. Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun qaydada, demokratik, şəffaf və ədalətli şəkildə keçirilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa