Çexiyanın xarici işlər naziri: Avropa ABŞ-ın tarif təhdidlərinə sakit reaksiya verir
Praqa, 15 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflərə Avropa İttifaqının reaksiyası heç də isterik olmayıb və nəticə olaraq bu sakit reaksiya sahibkarlara da keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.
Nazir həmkarlar ittifaqlarının nümayəndələri, xaricdə çalışan iş adamları və ixracatçılarla görüşüb. Görüşdə Çexiyanın əsas ixracatçıları və sahibkarlarından ibarət nümayəndə qrupu iştirak edib.
“Sahibkarlarla iş səhər yeməyi Trampın başlatdığı tarif müharibəsinə cavab impulslarından biri kimi düşünülmüşdü. Vəziyyəti qiymətləndirmək üçün Sənaye və Ticarət Nazirliyinin başçılığı ilə işçi qrup yaradılıb. Digərləri ilə yanaşı, biznesin tələblərindən və hökumətin maraqlarından biri də vəziyyəti müzakirə etmək üçün həmkarlar ittifaqları və böyük ixracatçıların nümayəndələri ilə görüş olub”, - deyə Lipavski Çexiyanın ČTK xəbər agentliyinə deyib.
Xatırladaq ki, aprelin 10-da Aİ ABŞ-ın tətbiq etdiyi tariflərlə bağlı görülən cavab tədbirlərinin qəbulunu 90 gün müddətinə təxirə salmışdı.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]