Çexlər bank kartlarını qorumaq üsulu tapmışlar
Praqa, 6 noyabr (AZƏRTAC). Çexiya Kriminologiya İnstitutu bankların ödəniş kartlarının surətlərinin çıxarılmasından müdafiə üsulunu ixtira etmişdir.
Bank kartının maqnitli zolağı üzərinə yapışdırılan xüsusi qoruyucu təbəqə cinayətkarların kartdakı məlumatları oxumalarına imkan vermir. İnstitut bu ixtiraya görə patent almaq üçün artıq sifariş vermişdir.
Banklar isə bu yeniliyə şübhə ilə yanaşırlar. Onlar qeyd edirlər ki, bəzi bankomatlar üzərinə bu cür qoruyucu təbəqə çəkilmiş kartlara xidmət edə bilməyəcəklər. Bundan əlavə, belə kartların sahibləri əksər hallarda bankomatlara ümumiyyətlə yaxın düşə bilməyəcəklər. Bankın daxilində bankomatdan istifadə etmək üçün qoruyucu “qapıları” üzərinə maqnit zolağı çəkilmiş kartın özü ilə açmaq lazımdır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]