ÇİMƏRLİKDƏ 41 KİLOQRAM HEROİN TAPILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, polisin bu və digər çimərliklərdə narkotik maddə tapması ilk hadisə deyildir.
Ötən həftə də məhz bu çimərlikdə 16, Anqle çimərliyində isə daha 25 kiloqram heroin tapılmışdır. Bu ilin yanvar və fevral aylarında isə Pirene-Atlantik və Land departamentlərinin çimərliklərində 150 kiloqrama qədər heroin tapılmışdır.
Son zamanlar çimərliklərdə heroin tapılmasının səbəbini izah edən yerli polis nümayəndələri bildirmişlər ki, insan həyatı üçün təhlükəli olan bu maddəni bir ölkədən digərinə aparmaq istəyən cinayətkar dəstələr yeni bir hiyləyə əl atmışlar.
Onlar salafan paketlərdəki narkotik maddələri xüsusi bağlamalara dolduraraq qayıqların arxasına bağlayır və suya salırlar.
İzləndiklərini hiss edən kimi qayığa bağlanmış ipi kəsir və qorxulu yükdən asanlıqla yaxa qurtarırlar.
Sonra dalğalar həmin bağlamaları vurub sahilə çıxardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]