Çin eyni raketlə orbitə 5 peyk çıxarıb VİDEO
Pekin, 3 iyul, AZƏRTAC
Çin kosmos mühitini araşdırmaq üçün orbitə eyni raketdaşıyıcı ilə 5 peyk çıxarıb.
AZƏRTAC xəbər verir ki, peykləri orbitə çıxaran "Böyük yürüş-2D" (Long March-2D) raketinin buraxılışı Tayyuan buraxılış məntəqəsindən iyunun 3-də saat 10:51-də baş tutub. Peyklər kosmik mühitdə müxtəlif müşahidələr aparacaq.
Qeyd edək ki, bu, "Long March" seriyasından 376-cı raket buraxılışı olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]