SİYASƏT
Çin mediası Azərbaycanda keçirilən prezident seçkilərini diqqətdə saxlayır
![](/files/galleryphoto/2024/1/1200x630/17073195514462028860_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/170731955199172536_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073195513694853107_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073195516259834536_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073195513538718356_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073195513862465341_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17073195511322341947_1200x630.jpg)
Pekin, 7 fevral, AZƏRTAC
Çinin aparıcı media qurumları Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinə böyük maraq göstərir.
AZƏRTAC xəbər verir ki, dünyanın ən böyük informasiya agentliklərindən biri olan “Sinxua”, geniş oxucu şəbəkəsinə malik gündəlik “Jenmin Jibao” qəzeti, “China Media Group”, Çin Beynəlxalq Radiosu seçkilər barədə bir neçə dəfə xəbərlər verib, reportajlar yayımlayıblar.
Materiallarda seçki prosesi ilə bağlı faktlar, o cümlədən seçicilərin və məntəqələrin sayı barədə məlumat verilib, səsvermə prosesini 90 mindən çox yerli və xarici müşahidəçinin izlədiyi qeyd olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin