Çin səfirliyi BDU-nun Elmi kitabxanasına kitablar hədiyyə edib
Bakı, 15 aprel, AZƏRTAC
Çin və Azərbaycan arasındakı diplomatik əlaqələrin 29-cu ildönümü və 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə Çin Xalq Respublikasının ölkəmizdə səfiri Qo Min Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasına 214 adda 248 nüsxə kitab hədiyyə edib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun vasitəçiliyi ilə təqdim edilən bu kitablar Çinin tarix, fəlsəfə, elm, siyasət, texnika, iqtisadiyyat və mədəniyyət sahələrindən bəhs edir. Ölkələrarası mədəni əlaqələrin genişlənməsi və möhkəmlənməsi məqsədilə oxuculara təqdim edilən kitablarda Şərqin zəngin mədəniyyəti və tarixi, eləcə də müasir Çinin əsas inkişaf ənənələri əks olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:38]
Nobel Sülh Mükafatının laureatı məlum olub
- 09.10.2026 [13:20]
DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır
- 09.10.2026 [13:17]
AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub
- 09.10.2026 [12:54]
ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?
- 09.10.2026 [12:42]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi
- 09.10.2026 [11:40]