Çində avtomobil satışları 11,6 faiz azalıb
Pekin, 10 fevral, AZƏRTAC
Dünyanın ən böyük avtomobil bazarı olan Çində yanvarda avtomobil satışları əvvəlki ayla müqayisədə 11,6 faiz azalıb.
AZƏRTAC Çin Avtomobil İstehsalçıları Assosisasiyasına istinadla xəbər verir ki, azalmada əsas pay yerli istehsal avtomobillərə düşüb. Yerli istehsalın azalmasına səbəb isə çip çatışmazlığı olub.
Məlumdur ki, 18 il ardıcıl artımdan sonra dünyanın ən böyük avtomobil bazarı olan Çində son 3 ildə satışlarda azalma tempi müşahidə olunur. Əgər 2018-ci və 2019-cu ildə qeydə alınan azalmalar sırf alıcı tələbatı ilə bağlı idisə, ötən ilki azalma COVID-19 pandemiyasının təsiri ilə əlaqədar olub. Keçən ilin aprelindən sonra pandemiyanın mənfi təsirlərinin azalması fonunda iqtisadiyyatın bərpası avtomobil bazarının canlanmasına səbəb olub. Cari ilin yanvarında Çində avtomobil satışı ötən ilin eyni dövrü ilə müqayisədə 29,5 faiz artıb. Mütəxəssislər bu tempin davam edəcəyi halda Çinin avtomobil bazarında illik artım tempinin bərpa olunacağını güman edirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]