Çində onlayn satışda yeni rekord qeydə alınıb
Pekin, 10 noyabr, AZƏRTAC
Çində noyabrın 11-də qeyd olunan “Yalnızlar günü” (Subaylar günü) ilə əlaqədar böyük endirim kampaniyası çərçivəsində onlayn satışda yeni rekord qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, “Alibaba” internet ticarət şirkətinin yerli vaxtla gecə saat 00:00-da (Bakı vaxtı ilə 10 noyabr saat 20:00-da) başlayan kampaniya çərçivəsində 1 dəqiqə 36 saniyə ərzində 10 milyard yuan dəyərində (1,43 milyard ABŞ dolları) mal sifariş edilib. Ötən il 10 milyard yuanlıq satış 2 dəqiqə 5 saniyə ərzində reallaşmışdı.
Qeyd edək ki, Çinin ticarət şəbəkələri hər il 11-ci ayın 11-də “Yalnızlar günü” ilə əlaqədar alıcılara böyük endirimlər təklif edir. “Alibaba” şirkəti 2009-cu ildən etibarən özünün onlayn satış platformalarındakı mağazalardan
müştərilərə noyabrın 11-də böyük endirimlərin tətbiqini tələb edir. Proqnozlara görə, bu ilki “Yalnızlar günü”ndə
500 milyon alıcı “Alibaba”nın onlayn platformalardan mal sifariş edəcək. Ötən il noyabrın 11-də 30,8 milyard dollarlıq mal satılmışdı.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]
Küveyt İran səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib
- 03.06.2026 [17:18]
Avropa İttifaqı İsveçi sərhəd nəzarətini ləğv etməyə çağırır
- 03.06.2026 [16:45]
Fransalı general: Aviasiyamızın formatı lazımi səviyyədə deyil
- 03.06.2026 [16:33]