Çində sınaq qatarı 11 fəhlənin ölümünə səbəb olub
Pekin, 27 noyabr, AZƏRTAC
Çinin cənub-qərbindəki Yunnan əyalətində seysmoloji avadanlığın sınağını keçirən qatar hərəkətdə olarkən dəmir yolunda inşaat işləri aparan fəhlələri vurub.
AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, səhər saatlarında əyalətin paytaxtı Kunmin şəhərinin Luoyancen stansiyasında baş verən hadisə nəticəsində 11 fəhlə ölüb, 2 nəfər xəsarət alıb.
Bir neçə saat sonra stansiya fəaliyyətini bərpa edib. Hadisənin səbəbləri araşdırılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]