Çindən idxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nəzarət tədbirləri çərçivəsində “Baytaroğlu” MMC-nin Çindən idxal etdiyi ümumi sayı 50 min flakon “Vitamin B12, 500 MCG TR” əmtəə nişanlı baytarlıq preparatından götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında uyğunsuzluq aşkarlanıb.
Bu barədə AZƏRTAC-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, faktla bağlı qəbul olunmuş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.