Çinin çoxməqsədli helikopterinin ilk sınaq uçuşu olub
Bakı, 7 aprel, AZƏRTAC
Çində istehsal olunan AC332 çoxməqsədli mülki helikopter bu gün ilk uçuşunu həyata keçirib.
AZƏRTAC Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, AC332 helikopteri günü ikinci yarısında Tyantszin şəhərində havaya qalxıb. Sınaq uğurla nəticələnib.
İki mühərrikli mülki helikopter göyərtəsinə 10 nəfər və 600 kiloqram yük götürə bilir. Onun çəkisi 3850 kiloqram, sürəti saatda 260 kilometr, maksimum uçuş məsafəsi isə 700 kilometrə yaxındır.
AC332 qəza-xilasetmə işləri, hüquq-mühafizə xidməti, həmçinin yüksək hündürlükdə və dəniz üzərində əməliyyatlar üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]