Çinin valyuta ehtiyatları dekabrda 3,128 trilyon dollara yüksəlib
Bakı, 9 yanvar, AZƏRTAC
Çin Xalq Bankı (Mərkəzi Bank) 2022-ci ilin dekabrında milli valyuta ehtiyatlarının 3,128 trilyon dollara qədər artdığını qeyd edib ki, bu da həmin ilin noyabr ayı ilə müqayisədə 11 milyard dollar çoxdur.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, ölkənin Valyuta Nəzarəti üzrə Dövlət İdarəsinin məlumatına görə, valyuta ehtiyatları 2022-ci ilin may ayından bəri ən yüksək həddə çatıb. Analitiklər buna, əsasən yuanın ABŞ dollarına nisbətdə 2,8 faiz bahalaşmasının səbəb olduğunu bildirirlər.
Çinin valyuta ehtiyatları sentyabrdan (2017-ci ilin mart ayından bu yana ən aşağı səviyyə) başlayaraq üçüncü aydır ki, ardıcıl olaraq artmağa davam edir.
Həmçinin dekabr ayında Çində qızıl ehtiyatları 63,67 milyon unsiyadan (111,65 milyard dollar) 64,64 milyon unsiyaya (117,24 milyard dollar) yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]