COP29
Çinli iştirakçı: Gənclərin iqlim dəyişikliyi ilə mübarizəsi təqdirəlayiqdir
Bakı, 12 noyabr, AZƏRTAC
Gənclərin iqlim dəyişikliyi ilə güclü mübarizəsi təqdirəlayiqdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən COP29 beynəlxalq iqlim konfransında iştirak edən Honkonq Mühəndislər İnstitutunun əməkdaşı Vinq Sum Kam deyib.
Honkonq Mühəndislər İnstitutunun əməkdaşı ilk dəfə COP tədbirində iştirak etdiyinə diqqət çəkib: “Bakıda ilk dəfə iştirak etdiyim COP tədbirində digər üzv dövlətlərin nümayəndə heyətlərindəki gəncləri görmək məni heyrətləndirir. Onlara öz ölkələrinin çağırışları barədə bizi məlumatlandırdıqları üçün minnətdaram. Ümid edirəm ki, prosesə töhfə vermək imkanı olan ölkələrdən daha böyük maliyyə resursları əldə edə bilərik”.