“ÇIRAQ”DA YENİ QUYU QAZILIR
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) AZƏRTAC-ın müxbirinin aldığı məlumata görə, bu ayın əvvəlində “Çıraq” platformasından sayca üçüncü “Uzaq məsafəyə qazma quyusu - A 18”-i qazmağa başlayıblar. İstismar üçün nəzərdə tutulan bu quyu maili istiqamətdə beş kilometrdən artıq dərinliyə qazılacaqdır. İlkin hesablamalara görə qazma işləri 5 ay çəkəcək.
Bundan 4 ay əvvəl - avqust ayında isə ikinci “Uzaq məsafəyə qazma quyusu - A 17” açıq lüləli çınqıl süzgəci vasitəsilə qazılmışdı. Onun ardınca Xəzərdə ilk dəfə genişlənə bilən qum axınına qarşı süzgəc üsulu ilə “A 8” maili quyuda da qazma işləri uğurla başa çatdırılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]