Ciorcia Meloni Aİ-nin ekologiya siyasətini tənqid edib
Bakı, 18 may, AZƏRTAC
İtaliyanın Baş naziri Ciorcia Meloni bildirib ki, sərt ekoloji siyasət Avropanın iqtisadi sistemini dağıdır.
AZƏRTAC xəbər verir ki, hökumət başçısı iqtisadi və sosial sabitliyin qorunması üçün ölkələri daha ehtiyatlı ekoloji keçidə səsləyib. O, bildirib ki, Avropa İttifaqında sürətli elektrikləşmə, xüsusən də elektromobilə keçid sənaye gücünü azaldır.
“Mən hər zaman demişəm ki, səhrada yaşıllıq olmur. Hər şeydən əvvəl Avropa sənayesini səhralaşmaqdan qorumaq lazımdır” – deyə hökumət başçısı qeyd edib.
Qeyd edək ki, Meloni dəfələrlə Avropa İttifaqının ekoloji siyasətini sərt tənqid edib, bunun bir çox vacib sektoru zərbə altına qoyduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:14]
Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır
- 01.10.2026 [16:44]
Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb
- 01.10.2026 [16:11]
Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub
- 01.10.2026 [15:44]
İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb
- 01.10.2026 [15:31]