Co Bayden özünütəcriddən sonra Ağ Evə qayıdır
Vaşinqton, 23 iyul, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden bu gün Ağ Evə geri qayıdacaq.
AZƏRTAC-ın verdiyi məlumata görə, sonuncu dəfə ictimaiyyət qarşısına iyulun 17-də çıxan Bayden COVID-19 virusuna yoluxduğu üçün Delaverdəki evində özünü təcrid edib. Dövlət başçısı noyabrın 5-də keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyi ilə bağlı bəyanatını da yazılı şəkildə verib. Ağ Evin açıqlamasına əsasən, iyulun 23-də prezidentin iş proqramı boşdur.
Daha əvvəl ABŞ-də səfərdə olacaq İsrailin Baş naziri Benyamin Netanyahunun Co Bayden ilə iyulun 23-də görüşəcəyi bildirilsə də, iki liderin görüşü ilə bağlı dəqiq məlumat verilmir. Netanyahunun iyulun 25-i axşam saatlarında ölkəsinə qayıtması planlaşdırılır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]