ELM VƏ TƏHSİL
Coğrafiyaçı tələbələr “Heydər Əliyev dərsləri”ndə iştirak ediblər






Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev Mərkəzi tərəfindən keçirilən “Heydər Əliyev dərsləri”nin növbəti - 18-ci məşğələsində coğrafiya müəllimliyi ixtisasının qrupları iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tələbələr öncə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər haqqında mühazirəni dinləyiblər. Ümummilli Liderin fenomenal şəxsiyyətinə və genişmiqyaslı fəaliyyətinə həsr olunan mühazirənin ardından müxtəlif dövlətlərin rəhbərlərinin, tanınmış ictimai-siyasi xadimlərin Heydər Əliyev haqqında söylədikləri fikirlərdən ibarət slaydlar nümayiş olunub.
Mərkəzdəki eksponatlarla tanış olan tələbələrə Ulu Öndərlə bağlı 400-dək foto, arxiv sənədinin surəti, kitab, jurnal və məcmuə haqqında ətraflı məlumat verilib. Heydər Əliyevin həyat və fəaliyyətinə, zəngin siyasi irsinə həsr olunmuş sənədli filmin izlənilməsindən sonra tələbələrlə diskussiya aparılıb.
İndiyədək Pedaqoji Universitetin 1000-dək tələbəsini əhatə edən “Heydər Əliyev dərsləri” bu ilin sonunadək xüsusi qrafik əsasında müxtəlif qruplarda davam etdiriləcək.