Coğrafiyaçılar il ərzində gördükləri işlərin hesabatını təqdim edirlər
Bakı, 3 dekabr, AZƏRTAC
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda 2020-ci il üçün elmi-tədqiqat işlərinin hesabatı davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, direktor, akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən iclaslarda elmi tədqiqat şöbələrinin illik hesabatları mərhələli olaraq dinlənilərək müzakirədən keçirilir. Hesabatlarda şöbələrə tapşırılmış işlərin yerinə yetirilməsi, ezamiyyətlər, çöl tədqiqat işlərinin həyata keçirilməsi, elmlə təhsilin qarşılıqlı əlaqəsi, beynəlxalq əlaqələr, yerli beynəlxalq, o cümlədən xaricdə və impakt faktorlu jurnallarda çap olunmuş məqalələr, keçirilmiş elmi tədbirlər, kütləvi informasiya vasitələri ilə əlaqələr və s. haqqında məlumatlar öz əksini tapıb.