COP29 iştirakçısı: Dubayda keçirilən COP28 ilə Bakıdakı COP29 tamamilə fərqlidir
Bakı, 13 noyabr, AZƏRTAC
“Xəzər dənizində nəsli kəsilməkdə olan heyvanlar yaşayır. Mən bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə söhbət etmişəm. O, həqiqətən də suitilərin və digər su heyvanlarının müdafiəçisidir”.
Bunu AZƏRTAC-a müsahibəsində Kapitan Paul Vatson Fondunun nümayəndəsi Elissa Filips deyib.
O, Azərbaycanda keçirilən COP29 barədə də fikirlərini bölüşüb: “Bu, mənim iştirak etdiyim ikinci COP tədbiridir. İqlim üzrə keçirilən keçənilki COP-da da iştirak etmək imkanım oldu. COP29-un təşkil olunmasından çox məmnunam. Düşünürəm ki, tədbiri proqram və interaktiv xəritə ilə idarə etmək həqiqətən asandır. Bu cür tədbirlər həqiqətən də bizim kimi təşkilatlara kömək edir. Keçən il Dubayda keçirilən COP28 ilə bu il Bakıda keçirilən COP29 tamamilə fərqlidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]