CORC BUŞ MÜSƏLMANLARI RAMAZAN AYININ BAŞLAMASI MÜNASİBƏTİLƏ TƏBRİK ETMİŞDİR
Bayram təbriki Ağ evin saytında yerləşdirilmişdir. Təbrikdə deyilir: “Ramazan müsəlman təqvimində ən müqəddəs aydır və mühüm bayramdır. Bu zaman müsəlmanlar dua edir, oruc tutur və qurban kəsirlər. İslam təliminə görə, bu ay Allah öz iradəsini Quran formasında Məhəmməd Peyğəmbərə nazil etmişdir. Ramazan həm də dostlar və qohumlarla bir yerə toplaşmaq və Allahın mərhəmətinə xeyriyyəçilik yolu ilə təşəkkür etmək imkanıdır. Ramazan və qarşıdakı bayramlar hamımızı birləşdirən ümumi dəyərləri xatırlamaq üçün gözəl vaxtdır. Bizim cəmiyyətimiz müsəlman vətəndaşlarla zənginləşmişdir. Onların etiqadlarına sadiqliyi ölkəmizdə dini azadlığın mövcudluğunu bizə bir daha xatırladır”.
Buş təbrikini ərəbcə “Ramazan mübarək” sözlərilə bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]