CÜDO ÜZRƏ BEYNƏLXALQ TURNİR KEÇİRİLƏCƏK
AZƏRTAC xəbər verir ki, noyabrın 27-də Nizami Rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində 1990-92-ci il təvəllüdlü idmançılar arasında Azərbaycanda cüdonun yaranmasının (1972-ci il) ildönümünə həsr olunmuş VIII beynəlxalq turnir keçiriləcəkdir.
“Kanokan TT” peşəkar cüdo klubunun təşkilatçılığı ilə keçiriləcək ənənəvi turnirə respublikamızın müxtəlif rayonlarını təmsil edən idmançılarla yanaşı, Gürcüstan və Dağıstan cüdoçuları da qatılacaqlar.
Turnirə noyabrın 28-də yekun vurulacaqdır.