Cüdo üzrə dünya çempionatı: Azərbaycan komandasının növbəti rəqibi Yaponiya millisidir
Bakı, 27 sentyabr, AZƏRTAC
Bakıda keçirilən dünya çempionatında Azərbaycanın cüdo üzrə qarışıq komandasının növbəti rəqibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, komanda yarışlarına 5:1 hesablı qələbə ilə başlayan təmsilçilərimizin növbəti rəqibi Monqolustan millisini 6:0 hesabı ilə məğlubiyyətə uğradan Yaponiya komandası olacaq.
Xatırladaq ki, millimizin heyətində 5 qadın və 6 kişi cüdoçu - Səkinə Zayirova, İçinxorlu Munxtsedev (hər ikisi - 57 kq), Aidə Baxışova, Günel Həsənli (hər ikisi - 70 kq), İrina Kindzerska (+70 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi - 73 kq), Məmmədəli Mehdiyev, Tural Safquliyev (hər ikisi - 90 kq), Şahin Qəhrəmanov və Uşangi Kokauri (hər ikisi +90 kq) yer alıblar.