CÜDOÇU CƏLİL CƏLİLOV AZƏRBAYCAN YIĞMA KOMANDASINA DAHA BİR GÜMÜŞ MEDAL QAZANDIRMIŞDIR
Bakı, 8 avqust (AZƏRTAC). Azərbaycan idmançısı Cəlil Cəlilov kadetlər arasında cüdo üzrə Budapeştdə keçirilən dünya çempionatında 66 kq çəki dərəcəsində gümüş medal qazanmışdır.
Həlledici görüşdən əvvəl Cəlilov Şahzadbəy Sabirov (Özbəkistan), İrakli Lomidze (Gürcüstan), Dmitri Fedosenkovs (Latviya), Roman Mastopolus (Yunanıstan) və Maks Şneyder (ABŞ) kimi təcrübəli rəqiblərinə qalib gəlmişdir. Final görüşündə həmyerlimiz rusiyalı Arbi Xamxoyevə məğlub olmuşdur.
Xatırladaq ki, bu, Azərbaycan yığma komandasının ikinci gümüş medalıdır. Birinci medalın sahibi 55 kq çəki dərəcəsində çıxış edən Ceyhun Qatayev olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]