Cüdoçu Elmar Qasımov yenidən Azərbaycan milli komandasına qayıdıb
Bakı, 22 dekabr, AZƏRTAC
“Rio-2016” Olimpiadasının gümüş mükafatçısı, cüdoçu Elmar Qasımov yenidən Azərbaycan milli komandasına qayıdıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məlumatı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli təsdiqləyib. O, qeyd edib ki, E.Qasımov yığma ilə birlikdə Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında hazırlığını davam etdirir.
Qeyd edək ki, E.Qasımov həm də 2009-cu ildə Ermənistanın paytaxtı Yerevanda gənclər arasında keçirilmiş Avropa çempionatının qalibi olub. İdmançımız 2017-ci ildə dünya çempionatında bürünc, həmin il İslam Həmrəyliyi Oyunlarında gümüş, 2012-ci il və 2014-cü illərdə Avropa çempionatlarında, müvafiq olaraq bürünc və gümüş medal qazanıb. Cüdoçumuz Qran-Pri turnirlərinin qalib və mükafatçısıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]