“Dağçılıqda ekologiya” mövzusunda təlim təşkil edilib
Bakı, 21 sentyabr, AZƏRTAC
“Aqroeko-Konsaltinq” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yaşıl xəzinəm: Samux rayonunda veloyürüş və digər ekoloji aksiyaların keçirilməsi” layihəsinin icrasını davam etdirir.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Samuxda “Dağçılıqda ekologiya” mövzusunda təlim keçirilib. Təlimdə rayon gənclər və idman İdarəsinin nümayəndəsi Rasim İmamquliyev, təlimçi Samirə Ələkbərova, ekspert Orxan Əmirxanov, Samuxda yerləşən Heydər Əliyev Mərkəzinin rəhbəri Aygün Həsənzadə, yeniyetmə və şagirdlər iştirak ediblər.
Təlimçi və ekspert tərəfindən iştirakçılara mövzu ilə bağlı məlumat verilib, müzakirələr aparılıb.