Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Şuşa şəhərciyində qeyd edib

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Şuşa şəhərciyində qeyd edib

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təşəbbüsü ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Yeni Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyinin balaca sakinləri ilə birgə qeyd edilib. Şuşa şəhərciyində yaşayan məcburi köçkün icmasının uşaqları ilə təşkil edilən bayram görüşündə ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyevanın “Kirpi və Zəncirotu” kitabının təqdimatı keçirilib.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib.

Qeyd edilib ki, Şuşadakı Topxana meşəsində yaşayan Kirpi balasından bəhs edən uşaq kitabı ilk olaraq 2011-ci ildə ABŞ-da nəşr edilib. İllüstrasiyalar ABŞ-da yaşayan azərbaycanlı rəssam Yavər Rzayevə məxsusdur. “Kirpi və Zəncirotu” kitabında tikanlarından narazı qalan və görünüşü ilə barışmayan balaca qəhrəman bunu dəyişməyi arzulayır, lakin dostu müdrik Bayquşun köməyi ilə özünü olduğu kimi qəbul etməyə və məsələlərə daha çevik yanaşmağa öyrənir.

Görüş zamanı kitabın oxusundan sonra uşaqlar Şuşa və Topxana qoruğu barədə öyrəniblər, Şuşa şəhərciyinin icma fəalı Leyla Cahangirlə Azərbaycan dövlətinin atributlarına dair viktorinada iştirak edərək müxtəlif hədiyyələr qazanıblar. Görüşdə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması adından hədiyyələri təqdim edən icmanın beynəlxlaq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova bildirib: “İcmamızın əhalisinin 140 min üzvü uşaqlardır. Onların hüquqlarını qorumaq bizim ən ümdə vəzifələrimizdəndir. Qarabağı görmək, orada ailələri ilə birgə sülh şəraitində yaşamaq bu uşaqların hüququdur. Onlar bizim icmanın gələcəyi, Qarabağ irsinin daşıyıcılarıdır.

Dünyadakı hər bir uşağın xoşbəxt böyümək haqqı var. Hər bir uşağın sağlam, tox, valideyn qayğısını hiss edərək, təhsil alaraq böyümək, dostlarının, doğmalarının yanında böyümək haqqı var. Bir də dünyadakı bütün uşaqların öz vətənlərində böyümək, yaşamaq, öz vətənlərində xoşbəxt olmaq haqqı var.

30 il əvvəl ölkəmizdə bu təməl haqq böyük bir nəslin əlindən alındı. Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi. Yüz minlərlə uşaq üstündə “köçkün” adı gəzdirərək, çadır düşərgələrində, vaqonlarda, qapı-pəncərəsiz yataqxana, məktəb, bağça otaqlarında böyüməyə məhkum oldu. Yüz minlərlə uşaq normal yaşayış tərzindən, doyunca yeməkdən, oyuncaqlardan məhrum bir uşaqlıq keçirdi. O köçkün uşaqlar çadır məktəblərdə təhsil almalı, uşaqlıq illərini məhrumiyyətlər və vətən nisgili ilə keçirməli oldular. Şəraitsizlik, qaçqınlıq, kasıblıq onların çoxuna sağlam böyüməyə, normal təhsil almağa, özlərini təsdiqləməyə imkan vermədi.

Bir nəsil beləcə böyüdü. Uşaqlığını çadırlarda, yataqxanalarda, vaqonlarda itirmiş bu insanların öz uşaqları doğuldu. Ata-babalarının doğma yurdlarını, evlərini heç vaxt görməyən, Qarabağı heç vaxt görməyən, görə bilməyən başqa bir nəsil qarabağlı uşaqlar doğuldu. Atalarının, babalarının vətən nisgilini onlardan miras alan uşaqlar. Gözəl günlərin birində o doğma yerləri görmək ümidi ilə böyüyən uşaqlar…

Biz inanırıq ki, o gün mütləq gələcək. O uşaqlar öz ataları, babaları ilə birlikdə öz tarixi vətənlərinə qayıdacaqlar. Onların ata-baba yurdu Qarabağda yenə azərbaycanlı və erməni uşaqlar birlikdə, sülh və dostluq içində, sağlam və xoşbəxt yaşayacaq.

Millətindən və irqindən, yaşadığı coğrafiyadan asılı olmayaraq, dünyadakı bütün uşaqlara xoşbəxt, sağlam, rifah və sevinc içində böyüməyi arzu edirik! Dünyadakı bütün uşaqlara, həmçinin arzu edirik ki, onlar öz vətənlərində böyümək, yaşamaq haqqından heç vaxt məhrum olmasınlar!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb

Neftçalada Xəzər dənizinə 50 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb

Nazir müavini: Azərbaycan üçün yaşıl keçid təkcə ekoloji prioritet deyil, həm də böyük investisiya imkanları deməkdir

2050-ci ildə qlobal enerji istehlakının 23 faiz artacağı gözlənilir - HESABAT

“İstedadın ilk addımları” sərgisi balaca rəssamların yaradıcılıq dünyasını təqdim edib

Azərbaycan ilə Rumıniya arasında iqtisadi və ticarət əməkdaşlığının əsas istiqamətləri dəyərləndirilib

Ekspert: Uşaqlarda rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşdırılması vacibdir

Azərbaycan dünya trendindən geri qalmır – ŞƏRH

AzMİU və Ankara Universiteti daşınmaz əmlakın idarə edilməsi üzrə ikili diplom proqramına başlayır

Azərbaycan və Monteneqro ombudsmanları əməkdaşlıq əlaqələrini genişləndirir

Büdcə vəsaitlərinin 3,5 faizi kənd təsərrüfatı sahəsinin maliyyələşdirilməsinə xərclənib

Bakı Sammitində şəxsi məlumatların qorunması ilə bağlı çağırışlar səsləndirilib

Azərbaycanın kamandan oxatanı IV Avropa Oyunlarında iştirak üçün kvota qazanıb

Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

AMEA-da elmi fəaliyyətin bal sistemi ilə qiymətləndirilməsi üzrə yeni model

Qazaxıstan vətəndaşları mal və xidmətlərin ödənişi üçün vahid QR koddan istifadə edə biləcəklər

Nazirlik rəsmisi: Azərbaycanda kənd təsərrüfatında 33 süni intellekt layihəsi tətbiq olunacaq

AFFA rəsmisi: ABŞ, Kanada və Meksikadakı isti hava şəraiti oyunçulara əlavə yük yaradır

Kapitan və komandir heyəti sertifikatlarının yenilənməsi sadələşdirilir

Azərbaycan-Rusiya parlament əlaqələrinə dair fikir mübadiləsi aparılıb

Fransa və Estoniya arasında müdafiə sahəsində əməkdaşlıq genişləndirilir

Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək

Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 24-cü iclası olub

Müəllimlərin ixtisasartırma proqramlarına rəqəmsal təhlükəsizlik mövzusunun daxil edilməsi təklif olunur

Azərbaycanda taxıl biçini üçün sahələrə cəlb olunmuş kombaynların sayı açıqlanıb

Azərbaycan ilə IFAD arasında əməkdaşlıq genişləndirilir

Ombudsmanların Bakı Sammitində süni intellektin əmək bazarına və məşğulluğa təsiri müzakirə olunub

DİN rəsmisi: Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir

Elmin Məmmədov: Uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması bütün tərəflərin birgə məsuliyyətidir

Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı reallaşıb

DÇ-2026: Ronaldu, Harri Keyn və İvan Perişiç rekordlara imza atıblar

® Səmimiyyəti və peşəkarlığı ilə seçilən həkim

Alimlər ən effektiv arıqlama dərmanını müəyyənləşdiriblər - tədqiqat

Bahar Muradova: Rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi üçün kompleks yanaşma vacibdir

Doqquzillik təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat başlayır

Nazir: Türkiyə dostluq körpüləri vasitəsilə ortaq gələcəyi qurur

Zambiya rəsmisi: Azərbaycan ombudsmanı ilə əməkdaşlıq süni intellekt sahəsində də genişlənir

FAO-nun eksperti: CİS və peyk texnologiyaları Azərbaycanın şəhər idarəçiliyində yeni mərhələnin əsasını qoyur – MÜSAHİBƏ

AzTU “QS dünya universitetləri reytinqi”ndə 801–850-ci yerdə qərarlaşıb

Malavi Respublikasının Prezidenti Artur Piter Mutarikadan

Azərbaycan regional və qlobal səviyyədə sülhün, sabitliyin və əməkdaşlığın gücləndirilməsinə töhfə verib - RƏY

Gürcüstanda milli azlıqlara hüquqi xidmətlə bağlı yeni layihəyə start verilir

Qubanın kənd yolunda təhlükəli vəziyyət yaranıb VİDEO

Qubanın kənd yolunda təhlükəli vəziyyət yaranıb VİDEO

Azərbaycan ilə Bosniya və Herseqovina ombudsmanları arasında Anlaşma Memorandumu imzalanıb

“Qarabağ” və “Zirə” yoldaşlıq görüşündə üz-üzə gələcək

Azərbaycanın və Banqladeşin XİN başçıları ikitərəfli münasibətləri müzakirə ediblər

Moskva Dövlət Universitetinin Bakı filialı bakalavriat səviyyəsinə tələbə qəbulu elan edir

Cahangir Fərəcullayev UEFA-da komitə üzvü təyin edilib

KOBİA sədri: Bir çox KOB-lar hələ də regional və qlobal bazarlara çıxış əldə etməkdə çətinliklə üzləşir

Sərdar Sarayı: Zamanın silə bilmədiyi maddi-mədəni irsimiz

Beynəlxalq Enerji Agentliyi: Gələn il qlobal neft təklifi tələbatı sutkada 5 milyon barel üstələyəcək

Əl-Casir: Sukuklar həddindən artıq borclanma riskini məhdudlaşdırır

Çinli alimlər lələkli dinozavr növü tapıblar

Tikinti materiallarının istehsalı 5,9 faiz artıb

"ASAN xidmət"in "INNOLAND" mərkəzi beynəlxalq proqramın tərəfdaşlıq statusunu qazanıb

Türkiyənin bir sıra ali təhsil müəssisələri dünya universitetləri reytinqində yer alıb

“Goldman Sachs”: Hörmüz boğazından daşınmaların bərpası gələn ayın sonunadək başa çata bilər

İqtisadiyyatın neft-qaz sektorunda çalışanların sayı açıqlanıb

Orxan Məmmədov: KOBİA müəssisələrin rəqabət qabiliyyətinin artırılmasına dəstək verməyə sadiqdir

Torpağın səthi təhlükəsiz təsir bağışlasa da, onun altında ölümcül təhlükə gizlənə bilər – Füzulidən reportaj VİDEO

Torpağın səthi təhlükəsiz təsir bağışlasa da, onun altında ölümcül təhlükə gizlənə bilər – Füzulidən reportaj VİDEO

İslam İnkişaf Bankı Qrupunun 51-ci toplantısı çərçivəsində Azərbaycanın süni intellekt strategiyası barədə məlumat verilib

Plenar sessiyada süni intellekt və insan hüquqları üzrə qlobal çağırışlar səsləndirilib

FIFA dünya çempionatı zamanı sosial şəbəkələrdə 388 minə yaxın zərərli paylaşımı silib

Aİ okeanların qorunmasına 338 milyon avrodan çox vəsait ayırıb

Neft məhsullarının istehsal dəyəri 2,4 milyard manatı ötüb

Məhəmməd Süleyman Əl-Casir: Azərbaycan böyük iqtisadi sıçrayışa hazırdır

Sabah dəniz suyunun temperaturu 24 dərəcəyədək isti olacaq

Beynəlxalq dərəcəli hakimimiz Avropa Liqası matçlarını idarə edəcək

Prezidentin Şuşada konfrans iştirakçılarına müraciəti Azərbaycanın gələcək geosiyasi baxışını əks etdirir RƏY

AMEA-da “İlandağ kitabəsi”nin Urartu mixi yazıları kontekstində araşdırılması məsələsinə baxılıb

İyunun 18-i Davamlı Qastronomiya Günüdür

Tomas Tuxel Xorvatiya ilə oyundan sonra FIFA-ya müraciət edib

Azərbaycanda tikinti işlərinin 88 faizini özəl müəssisələr yerinə yetirib

Məhəmməd Süleyman Əl-Casir: Bakıda və Azərbaycanda çox böyük pozitiv dəyişikliklər baş verib

Nifrət Nitqinə qarşı Beynəlxalq Mübarizə Günü

Almaniyada Azərbaycanın aqrar sahədə rəqəmsallaşma təcrübəsi təqdim edilib

Azad edilmiş ərazilərdə məşğulluğun təminatı sahəsində işəgötürənlərlə birgə görüləcək işlər müzakirə olunub

İslam İnkişaf Bankı Azərbaycanda layihələrə 1,3 milyard dollar vəsait yatırıb VİDEO

İslam İnkişaf Bankı Azərbaycanda layihələrə 1,3 milyard dollar vəsait yatırıb VİDEO

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib YENİLƏNİB-2

Qazaxıstan Prezidenti TDT ölkələri Ali məhkəmələrinin sədrlərini qəbul edib

Abşeronda oğurluq edən şəxslər saxlanılıblar VİDEO

Abşeronda oğurluq edən şəxslər saxlanılıblar VİDEO

Bolqarıstanda ilk dəfə nazik bağırsaq transplantasiyası ilə qida borusu bərpa edilib

Azərbaycanın rəqəmsal təhlükəsizlik sisteminin inkişafında yeni mərhələ: kibermüdafiə imkanları güclənir

Yasminka Cumhur: Süni intellekt yeni iş yerləri yaradır, mövcud peşələri inkişaf etdirir

Türk ekspert: Ankara-Bakı strateji müttəfiqliyinin əhəmiyyəti getdikcə artacaq

Antalyada Roma dövrünə aid mozaika aşkar edilib

Moskva aeroportlarında xaos: 12 mindən çox sərnişin gözləyir

Azərbaycan etibarlılıq, proqnozlaşdırıla bilən tərəfdaşlıq və qarşılıqlı fayda prinsiplərinə sadiqliyini qoruyur- ŞƏRH

Brüsseldə Aİ ölkələrinin dövlət və hökumət başçılarının Sammiti keçirilir

Pentaqonun rəhbəri ABŞ qoşunlarının Avropada qalmasına yenidən baxılacağını elan edib

Ermənistanın KTMT-dəki səsvermə hüququ ləğv edilə bilər

Kənd təsərrüfatı məhsullarının istehsalı 2,3 faiz artıb

Gənclər Kitabxanasında Milli İnsan Hüquqları Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Macarıstan hökuməti yanacaq qiymətinə tətbiq etdiyi limiti mərhələli şəkildə ləğv edir

Mediada İran Prezidentinin imzalanmış memorandumla birgə fotosu yayımlanıb

Aqrar Təlim Mərkəzi Xocalı və Ağdərədə növbəti təlim proqramlarına start verib

Açıq və qapalı hovuzlar üçün sanitar-gigiyenik tələblər hansılardır?

2027-ci ildə ABŞ-nin hərbi xərcləri 1,5 trilyon dollara çatacaq

Moskva vilayətində dron hücumu nəticəsində on altı nəfər xəsarət alıb

İsmayıl Kartal yenidən “Fənərbağça”nın baş məşqçisi oldu