Daha iki kateqoriyadan olan tələbələr sosial təhsil krediti ala biləcəklər
Bakı, 20 dekabr, AZƏRTAC
Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin müvafiq qərarını imzalayıb. Qərara əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası alanlara, eləcə də ölkənin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslərə sosial təhsil tələbə kreditindən istifadə etmək hüququ verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:48]
BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir
- 16.10.2026 [17:32]
BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
- 16.10.2026 [17:31]
Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib
- 16.10.2026 [17:31]
Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub
- 16.10.2026 [16:38]