İDMAN
Daha iki yunan-Roma güləşçimiz U-23 dünya çempionatında mübarizəyə başlayır
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycanın daha iki yunan-Roma güləşçisi bu gün İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayacaq.
AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən Nihat Məmmədli təsnifat mərhələsində Oljas Sultanla (Qazaxıstan) üz-üzə gələcək. Qurban Qurbanov (72 kq) isə Yanis Nifrinin (Fransa) müqavimətini qırmağa çalışacaq.
Bu gün, həmçinin Nihad Quluzadə (55 kq) final görüşünə çıxacaq. O, qızıl medal uğrunda Poya Marzla (İran) qarşılaşacaq. Ziya Babaşov (63 kq) üçüncü yer uğrunda görüşdə Ahmed Bağduda (Misir) - Ryuto İkeda (Yaponiya) cütünün, Sərxan Məmmədov (130 kq) isə Əliəkbər Yusufiəhmədçali (İran) - Marin Nişimura (Yaponiya) duelinin güclüsü isə güləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [15:25]
Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək
- 06.05.2024 [15:22]
Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar
- 06.05.2024 [15:10]
Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb
- 06.05.2024 [15:00]
Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb
- 06.05.2024 [13:51]
Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb
- 06.05.2024 [13:47]
Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb
- 06.05.2024 [13:12]
Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək
- 06.05.2024 [13:02]