Daşkənd Şərqşünaslıq Universitetinin tələbələrinə Azərbaycan-Özbəkistan dostluğu barədə açıq dərs keçilib
Bakı, 5 mart, AZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Daşkənd Şərqşünaslıq Universitetinin tələbələrinə Azərbaycan-Özbəkistan dostluğu mövzusunda açıq dərs keçirilib.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, mərkəzin direktoru Samir Abbasov tələbələrlə görüşündə iki ölkə arasındakı əlaqələrin tarixi və inkişafı barədə ətraflı məlumat verib. O, ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələrdən söz açıb.
Dahi Azərbaycan şairi Nizami Gəncəvi və özbək mütəfəkkiri Əlişir Nəvainin yaradıcılığı barədə danışan Samir Abbasov iki qardaş xalq arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində gənclərin də xüsusi rolu olacağına əminliyini ifadə edib.
Tələbələr Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev muzeyi, Azərbaycan-Özbəkistan Dostluq muzeyi, Azərbaycan tarixi və dövlətçiliyi muzeyi, Azərbaycan xalçaları muzeyi və sərgi zalı ilə tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [21:40]
“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları
- 13.10.2026 [21:23]
Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub
- 13.10.2026 [20:19]
Londonda “Arşın mal alan” filminin nümayişi olub
- 13.10.2026 [18:20]
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
- 13.10.2026 [15:41]
Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq
- 13.10.2026 [14:53]
Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı
- 13.10.2026 [14:26]
Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib
- 13.10.2026 [14:15]
Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub
- 13.10.2026 [12:55]