Daşkənddə Azərbaycan və özbək nağıllarından ibarət kitabların təqdimatı olacaq
Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə “Uşaq ədəbiyyatı – mədəni dialoqun təməli” şüarı altında “Azərbaycan nağılları” və “Özbək nağılları” kitablarının təqdimatı keçiriləcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat veürilib.
Nəşrlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə layihəsi əsasında hazırlanıb. Azərbaycan nağılları özbək dilinə, özbək nağılları isə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib.
Kitablarda Azərbaycan və özbək xalqlarının xalq və müəllif nağılları yer alır. Nağıllarda xeyir və şər, dostluq, dürüstlük və zəhmət kimi dəyərlər bədii süjetlər vasitəsilə təqdim olunur.
Təqdimat çərçivəsində Özbəkistandakı Respublika Uşaq Kitabxanasında Azərbaycan ədəbiyyatına həsr olunmuş xüsusi guşənin açılışı nəzərdə tutulur.
Qeyd edək ki, bu kimi layihələr uşaqlar arasında mütaliə marağının artırılmasına, onların yaradıcılıq qabiliyyətlərinin inkişafına və Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.05.2026 [21:11]
Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olub
- 27.05.2026 [19:53]
Azərbaycanın xor kollektivi beynəlxalq müsabiqədə laureat adını qazanıb
- 27.05.2026 [13:58]
Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olunub
- 27.05.2026 [13:39]
Azərbaycanın turizm potensialı Çində tanıdılır
- 27.05.2026 [09:49]
Yeddi şəhidin xatirəsinə həsr edilmiş tamaşa nümayiş olunub
Bu saata olan əsas xəbərlər
- [20:00]
"Şimal" I Liqada qalıb
- [18:02]
Bu saata olan əsas xəbərlər
- [12:00]