DAŞKƏNDDƏ ƏNDİCAN HADİSƏLƏRİNİN BİR İLLİYİ İLƏ ƏLAQƏDAR KONFRANS KEÇİRİLMİŞDİR
Hökumət nümayəndələrinin, din xadimlərinin, qeyri-hökumət təşkilatları təmsilçilərinin iştirak etdiyi konfransda Özbəkistan hökuməti yanında Din İşləri Komitəsinin sədri Şoazim Munavarov bildirmişdir ki, dini ekstremistlər Özbəkistanda hakimiyyəti ələ keçirmək, sonra isə Mərkəzi Asiyada İslam xilafəti qurmağı qarşılarına məqsəd qoymuşdular.
Daxili İşlər Nazirliyinin xüsusi işlər üzrə müstəntiqi Abdumutal Zakurlaev demişdir ki, fəaliyyətləri qadağan olunmuş “Hizb-Ut-Təhrir”, həmçinin “Əkrəmiyyə” dini-ekstremist təşkilatları və bir sıra digər dini qurumlar Əndican hadisələrinin təşkilinə vəsait toplamış, Fərqanə vadisində 30-a yaxın kommersiya firması öz gəlirinin bir hissəsini bu məqsəd üçün xüsusi fonda köçürmüşdür.
Respublika prokurorluğunun məlumatına görə, Əndican hadisələrində 187 adam həlak olmuşdu ki, bunların 60-ı dinc sakin, 31-i hüquq mühafizə orqanlarının əməkdaşları, 94-ü terrorçudur. Əndican hadisələri ilə bağlı 100-dən çox adam ittiham olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]