Daşkənddə Mərkəzi Asiyanın ən hündür göydələni tikiləcək
Daşkənd, 7 iyul, AZƏRTAC
Daşkənddə Mərkəzi Asiyanın ən hündür göydələni tikiləcək.
AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, Özbəkistan paytaxtında tikintisi davam edən “Tashkent City” beynəlxalq işgüzar mərkəzin ərazisində inşa ediləcək binanın hündürlüyü 215 metr olacaq. Əlli mərtəbəli göydələni Türkiyənin “Özgüven” şirkəti layihələndirir. Layihənin qiyməti 150 milyon dollardır.
Hazırda Mərkəzi Asiyanın ən hündür binası Nur-Sultan şəhərindədir. Həmin binanın hündürlüyü 201 metrdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]