DAŞKƏNDDƏ NARKOTİKLƏRLƏ MÜBARİZƏ SAHƏSİNDƏ REGİONAL ƏMƏKDAŞLIQLA BAĞLI GÖRÜŞ KEÇİRİLMİŞDİR
Tədbirdə Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, həmçinin BMT-nin Narkotiklərə və Cinayətkarlığa Nəzarət İdarəsi, ATƏT, İnterpol və bir sıra digər beynəlxalq təşkilatların nümayədələri iştirak etmişlər.
Görüşdə ölkəmizi Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.
Tədbirdə Mərkəzi Asiya Regional Məlumat Əlaqələndirmə Mərkəzinin yaradılması və onun yerləşəcəyi ölkənin müəyyən olunması ilə bağlı fikir mübadiləsi aparılmış, narkotiklərlə mübarizə sahəsində regional əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
Namiq Abbasov çıxışında memorandumun üzvü olan dövlətlər arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd etmiş, Əlaqələndirmə Mərkəzinin yaradılmasına münasibətini bildirmiş, bu qurumun Qazaxıstanın Almatı şəhərində yerləşdirilməsini məqsədəuyğun hesab etmişdir.
Yekun iclasında bu məsələ ilə əlaqədar müvafiq sənədlər imzalanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]