DAŞKƏSƏN RAYON SAKİNİ “JİQULİ”NİN QURBANI OLDU
AZƏRTAC xəbər verir ki, Gəncə şəhərinin Nizami rayonu ərazisində ağır yol-nəqliyyat qəzası baş vermişdir. Gülüstan qəsəbəsinin sakini Rezo Əhmədov “VAZ-2106” markalı avtomaşınla Daşkəsən rayon sakini Sultanəli Cəfərovu vurmuşdur. Ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmamışdır.
Faktla bağlı cinayət işi açılmışdır.