Daşqın Qənbərov: Ölkəmizdə mədəniyyət və incəsənət xadimlərinin əməyi layiqincə qiymətləndirilir
Bakı, 2 mart, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elm, təhsil, mədəniyyət, incəsənət sahələrinə xüsusi diqqət və qayğı göstərib. Ulu öndər Heydər Əliyevin ideyaları bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ölkəmizdə qeyd olunan sahələrin inkişafına çox geniş imkanlar yaradılıb. Mədəniyyət və incəsənət xadimlərinə dövlət qayğısını daim hiss edir və görürük. Martın 1-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü göstərilən qayğının daha bir əyani təzahürüdür.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dosenti Daşqın Qənbərov deyib.
O qeyd edib ki, respublikamızda digər sahələrdə olduğu kimi, təhsil və mədəniyyət sahəsində də böyük nailiyyətlər qazanılır. Son illərdə müasir tələblərə cavab verən çoxlu sayda məktəb binaları tikilib, təhsil və mədəniyyət müəssisələrinin maddi-texniki bazası daha da möhkəmləndirilib, tələbələrin və doktorantların təqaüdləri artırılıb, mədəniyyət və incəsənət xadimlərinin əməyi layiqincə qiymətləndirilib. Bütün bunlar bizi ürəkdən sevindirir və ruhlandırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.02.2026 [15:55]
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
- 06.02.2026 [14:46]
BMU-da gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı keçiriləcək
- 06.02.2026 [13:08]
BDU “İlin alimi” müsabiqəsi elan edir
- 06.02.2026 [11:41]
Son 5 ildə peşə təhsilinə qəbul olunan ən yaşlı tələbənin neçə yaşı olub?
- 06.02.2026 [11:36]
Xaqani Şirvani və Azərbaycan lirik poeziyasının tarixi qaynaqları
- 06.02.2026 [10:46]
20 ölkəni təmsil edən əcnəbi tələbələr ADAU-da olublar VİDEO
Fransa ordunu gücləndirir
- [17:18]
“Beşiktaş”dan növbəti transfer
- [17:10]
Türkiyədə zəlzələ olub
- [15:41]
Sabah yağmursuz hava gözlənilir
- [12:50]