Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dayanıqlı iqtisadiyyat, qüdrətli ordu, möhkəm dövlətçilik

Dayanıqlı iqtisadiyyat, qüdrətli ordu, möhkəm dövlətçilik

Bakı, 23 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müasir tarixinin ən qüdrətli, ən sabit və ən dinamik inkişaf mərhələsini yaşayır. Bu gün Azərbaycan yalnız regional deyil, eyni zamanda, beynəlxalq miqyasda söz və mövqe sahibi olan güclü dövlətdir. Prezident İlham Əliyevin uzaqgörən, praqmatik və milli maraqlara əsaslanan siyasəti nəticəsində müstəqil dövlətçiliyimiz keyfiyyətcə yeni və dönməz inkişaf mərhələsinə yüksəlib.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, İlham Əliyevin prezidentliyi dövrü Azərbaycanın dövlət idarəçiliyində müasir yanaşmaların tətbiqi, milli maraqların qətiyyətlə qorunması və strateji hədəflərə sistemli şəkildə nail olunması ilə səciyyələnir: “Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkənin iqtisadi, siyasi, sosial və hərbi potensialını əhəmiyyətli dərəcədə gücləndirib, xalq-dövlət birliyini möhkəmləndirib.

Beynəlxalq münasibətlər müstəvisində Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı və prinsipial xarici siyasət Azərbaycanı regionun aparıcı dövlətinə, qlobal miqyasda isə etibarlı tərəfdaşa çevirib. Azərbaycan BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı və digər nüfuzlu beynəlxalq platformalarda milli maraqlarını ardıcıl və qətiyyətlə müdafiə edir.

Xüsusilə Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın irəli sürdüyü təşəbbüslər, beynəlxalq həmrəyliyin gücləndirilməsi, inkişaf etməkdə olan ölkələrin hüquqlarının müdafiəsi, ədalətli dünya nizamının təşviqi ölkəmizin qlobal nüfuzunu daha da artırıb. Bu, Prezident İlham Əliyevin yalnız milli deyil, həm də qlobal miqyasda məsuliyyətli lider olduğunu bir daha sübut edib.

Enerji təhlükəsizliyi sahəsində reallaşdırılan nəhəng layihələr olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi Azərbaycanın geosiyasi və geoekonomik əhəmiyyətini misilsiz dərəcədə artırıb. Bu layihələr Avropanın enerji təhlükəsizliyində Azərbaycanın etibarlı tərəfdaş kimi rolunu möhkəmləndirib.

Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü ilə formalaşdırılan yaşıl enerji strategiyası Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelinin bariz nümunəsidir. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi ölkəmizin bərpaolunan enerji sahəsində regional liderə çevrilməsinə zəmin yaradır. Bu, təkcə iqtisadi deyil, həm də ekoloji məsuliyyətin göstəricisidir”.

Deputat qeyd edib ki, iqtisadi sahədə həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində Azərbaycan dayanıqlı inkişaf modelinə nail olub: “Neft gəlirlərinin səmərəli və şəffaf idarə olunması, qeyri-neft sektorunun inkişafı, regionların sosial-iqtisadi dirçəlişi dövlət siyasətinin əsas prioritetləri sırasında yer alıb.

Sənaye parklarının, aqroparkların, nəqliyyat-logistika mərkəzlərinin yaradılması ölkə iqtisadiyyatının şaxələndirilməsinə və yeni iş yerlərinin açılmasına xidmət edir. Pandemiya və qlobal iqtisadi böhran şəraitində belə Azərbaycanın makroiqtisadi sabitliyinin qorunması Prezident İlham Əliyevin çevik və məsuliyyətli idarəetmə bacarığının bariz nümunəsidir.

Ölkədaxili siyasətdə sosial rifahın yüksəldilməsi dövlətimizin başçısının fəaliyyətinin əsas istiqamətlərindən biridir. Minimum əməkhaqqı və pensiyaların dəfələrlə artırılması, sosial müavinətlərin genişləndirilməsi, aztəminatlı ailələrə ünvanlı dövlət dəstəyi sosial ədalət prinsipinin real tətbiqidir. Təhsil və səhiyyə sahələrində aparılan islahatlar, yeni məktəblərin, xəstəxanaların, müasir tibb müəssisələrinin tikintisi insan kapitalının inkişafına yönəlmiş strateji siyasətin tərkib hissəsidir.

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın hərbi gücü keyfiyyətcə yeni mərhələyə yüksəlib. Ordunun modernləşdirilməsi, peşəkar hərbi kadrların hazırlanması, milli hərbi sənaye kompleksinin formalaşdırılması dövlət təhlükəsizliyinin möhkəm təminatına çevrilib.

Bu uzunmüddətli və ardıcıl siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan Ordusu öz qüdrətini real döyüş meydanında nümayiş etdirdi. Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və strateji liderliyinin tarixi nəticəsidir. Bu Qələbə təkcə hərbi deyil, eyni zamanda, siyasi, diplomatik və mənəvi Zəfərdir.

Azərbaycanın əldə etdiyi tarixi Zəfər və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq layihələri, eyni zamanda, regionda dayanıqlı sülh və inteqrasiya imkanlarını genişləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünü həm regionun təhlükəsizlik təminatçısı, həm də beynəlxalq iqtisadi əlaqələrin inkişaf etdiricisi kimi təqdim edir.

2020-ci ildə əldə olunan Qələbədən sonra Azərbaycan diplomatik yolla regional sabitliyin təminatına xüsusi önəm verib. Prezident İlham Əliyevin təşəbbüsü ilə imzalanmış üçtərəfli bəyanatlar və sonrakı razılaşmalar nəticəsində Ermənistanla sərhəd və nəqliyyat məsələləri tənzimlənib, sülhə xidmət edən mexanizmlər formalaşdırılıb. Bu, Azərbaycan dövlətinin məqsədli və məsuliyyətli diplomatiya aparmaq qabiliyyətini göstərir”.

Mehriban Vəliyeva Azərbaycanın sülh təminatçı rolunun təkcə siyasi deyil, həm də iqtisadi və sosial inteqrasiyanı əhatə etdiyini söyləyib. O bildirib ki, regionda kommunikasiya və nəqliyyat əlaqələrinin açılması, sərhədlərdə təhlükəsizlik və nəqliyyat infrastrukturlarının modernləşdirilməsi uzunmüddətli sabitliyin əsasını təşkil edir: “Zəngəzur dəhlizi Azərbaycanın strateji layihələrindən biridir. Bu dəhliz Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əsas ərazilərini birləşdirir, Azərbaycanı Türkiyə və Qafqaz ölkələri ilə birbaşa nəqliyyat və ticarət əlaqələrinə çıxarır. Həmçinin Zəngəzur dəhlizi regional ticarət və tranzit imkanlarını artıraraq enerji və logistika sahəsində inteqrasiya üçün yeni imkanlar yaradır.

Zəngəzur dəhlizi Avropa-Asiya nəqliyyat dəhlizləri kontekstində beynəlxalq iqtisadi layihələrlə Azərbaycanın regional və qlobal iqtisadi əhəmiyyətini artırır. Bu dəhliz, həmçinin regional əməkdaşlıq və sülh təşəbbüslərinin uğurlu nümunəsidir, çünki müxtəlif dövlətlərin ticarət və kommunikasiya əlaqələrini asanlaşdırır.

Bu gün azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş quruculuq və bərpa işləri həyata keçirilir. “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, yeni yollar, hava limanları, enerji və sosial infrastrukturlar bölgənin sürətli inkişafını təmin edir. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı təmin olunur.

Qarabağ yalnız bərpa olunan ərazi deyil, eyni zamanda, Azərbaycanın gələcək iqtisadi, mədəni və turizm mərkəzlərindən biri kimi formalaşır.

Mədəniyyət, idman və humanitar sahədə əldə edilən uğurlar Azərbaycanın beynəlxalq imicinin güclənməsində mühüm rol oynayır. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər Azərbaycanı multikulturalizm, tolerantlıq və sivilizasiyalararası dialoq məkanı kimi dünyaya tanıdır. Milli-mənəvi dəyərlərin qorunması ilə qlobal mədəniyyətə inteqrasiya Prezident İlham Əliyevin siyasətində vəhdət təşkil edir.

Bütün bu nailiyyətlər Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, güclü liderlik keyfiyyətlərinin və milli maraqlara sarsılmaz sədaqətinin nəticəsidir. Azərbaycan bu gün güclü dövlət, sabit cəmiyyət və aydın gələcək perspektivlərinə malik ölkə kimi regionda və beynəlxalq aləmdə öz mövqeyini daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız güclü və suveren dövlət olmaqla kifayətlənmir, həm də regionda sülhün təminatçısı və iqtisadi inteqrasiyanın aparıcı qüvvəsi kimi çıxış edir. Zəngəzur dəhlizi bu strateji hədəflərə nail olmaqda əsas vasitədir və Azərbaycanın regional liderliyini daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş strateji inkişaf xətti Azərbaycanın davamlı tərəqqisini, suverenliyinin və müstəqilliyinin əbədi olmasını təmin edən ən möhkəm zəmanətdir”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib