Dekabrın 13-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
günün ikinci yarısında buludluluğun tədricən artacağı, axşama doğru yağış yağacağı gözlənilir.
Temperatur gecə 6-9°, gündüz 9-13° isti olacaqdır.
Bakıda gecə 6-8°, gündüz 10-12° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yuxarı 768 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 85-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir duman, axşama doğru isə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
gecə və səhər duman, çiskin, axşama doğru isə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 2-7 ° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
gecə və səhər bəzi yerlərdə duman olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 2-6°, gündüz 6 -10° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1-4° isti, gündüz 4-9° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
gecə və səhər duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 2-7°, gündüz 9-14° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı, axşam dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı vardır.
Temperaturun gecə 5-8°, gündüz 8-12°, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti olacağı gözlənilir.
Hava şəraitinin qısa icmalı
Dekabrın 13-ü axşamdan ölkə ərazisində havanın soyuyacağı, dekabrın 14-dən 18-dək temperaturun 8-10° aşağı enəcəyi gözlənilir.